İsmayıl Bəqai bu gün, 30 noyabr şənbə günü bəzi silahlı terrorçu ünsürlərin İran İslam Respublikasının Hələbdəki Baş Konsulluğuna hücumunu kəskin şəkildə pisləyib, 1963-cü il Konsulluq Münasibətləri haqqında Konvensiyasının konsulluq binalarına hər hansı hücumu qadağan edən müddəalarına istinad edərək, bu konvensiyanın hər hansı şəxs, qrup və ya hökumət tərəfindən pozulmasının qəbul edilmədiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb ki, İran İslam Respublikası həm hüquqi, həm də beynəlxalq səviyyədə bu təcavüzü ciddi şəkildə təqib edəcək.
Bəqai İran İslam Respublikasının Hələbdəki konsulluğunun əməkdaşlarının vəziyyəti ilə bağlı suala cavab olaraq belə deyib: “Baş konsulun və İran İslam Respublikasının Hələbdəki Baş Konsulluğunun bütün əməkdaşları tam sağ-salamatdır.”
Sizin rəyiniz